Cari ilin birinci rübündə 25 çoxmərtəbəli binaya təbii qaz verilib. SİA Azərbaycan Respublikası Dövlət Neft şirkətinin rəsmi saytına istinadən xəbər verir ki, ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi dövlət qəbul komissiyasından keçərək istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qazın verilişinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
Cari ilin birinci rübündə İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini nəzərə alaraq, dövlət qəbul komissiyasından keçmiş və müvafiq istismara qəbul aktı almış 25 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib. Bunların 17-i Bakı şəhərində, 8-i isə Mingəçevir şəhəri, Abşeron, Göyçay, Lerik, Zaqatala və Zərdab rayonlarında yerləşir.
Xatrırladaq ki, 2012-ci ildə "Azəriqaz" İstehsalat Birliyi 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB