Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov kənd təsərrüfatı məhsulları satışı üzrə paytaxtımızın müxtəlif məntəqələrində keçirilən yarmarkalarda olub, məhsulların çeşidi, keyfiyyəti və qiymətləri ilə maraqlanıb, alıcılarla və satıcılarla onların konkret problemləri barədə söhbət edilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, nazir qeyd edib ki, Nazirlikdən hər bir yarmarkaya bir neçə nəfər təhkim edilir. Bakıda keçirilən yarmarkalarda 4 günə min tona yaxın kənd təsərrüfatı məhsulları satılıb. Həqiqətən də, belə bir məhsul axını dövründə nazirlik tərəfindən hər bir yarmarkaya bir neçə nəfərin tam nəzarət edərək, bəzi hallarda möhtəkirlərin mal satışına imkan verməməsi müəyyən çətinliklər yaradır.
Nazir qiymət artımına yol verilməməsinə, eləcə də bəzi hallarda möhtəkirlərin yarmarkalara üz tutmalarının qarşısını almaq məqsədilə ictimai nəzarətin gücləndirilməsini məqsədə uyğun hesab edib və alıcılardan da bunu xahiş edib.
Nazir ilaxır çərşənbə günü münasibətilə vətəndaşları təbrik edib, ölkənin daha da qüdrətlənməsi üçün əllərindən gələni əsirgəməyəcəyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB