Bu il Azərbaycanda taxıl istehsalı artacaq

Bu il Azərbaycanda taxıl istehsalı artacaq

Bu il Azərbaycanın taxıl istehsalında artım gözlənilir. Bunu kənd təsərrüfatı nazirinin birinci müavini Bəhram Əliyev deyib. Onun sözlərinə görə, istehsal olunacaq taxıl məhsulları ölkə tələbatını tam həcmdə ödəyəcək: "Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 mln. ton təşkil edir. Bu ildə nəzərdə tutan qədər taxıl səpini aparılıb. Havalar mülayim keçərsə və heç bir təbii fəlakət baş verməsə təlabata uyğun taxıl istehsal olunacaq. Bunun üçün fermerlərə bütün lazimi şərait yaradılıb.

Həmçinin nazir müavini bildirib ki, ötən il ölkədə taxıl istehsalı 2,8 mln tona olub. Tələbatı tam ödəmək üçün 200-300 min ton idxalın payına düşür ki, bu da ölkəyə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə