Bu gün Bakı Biznes Mərkəzində "Azərbaycan" qəzetini və Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev 90: İqtisadi modernləşmə" mövzusunda konfrans keçirilir. SİA-nın xəbərinə görə, konfransda "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, sənaye və energetika naziri Natiq Əliyev, Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmraslanov, dövlət sosial müdafiə fondunun sədri Səlim Müslümov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və parlamentin digər üzvlərinin nümayəndələri iştirak edir. Bəxtiyar Sadıqov bildirib ki, Ulu öndər Haydər Əliyev hakimiyyətə gəlmədən öncə ölkədə hərc-mərclik, anarxiya baş alıb gedirdi, Azərabycanda iqtisadiyyat yox dərəcəsində idi: "Lakin Heydər Əliyev hakimiyyətə gələndən sonra isə Azərbaycan sürətlə inkişaf etməyə başladı və qısa zaman ərzində keçmiş sovet məkanında ən inkişaf edən ölkəyə çevrildi".
Tədbir digər iştirakçıların çıxışları ilə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB