Bu gün ARDNŞ ilə "Samsung Engineering Co. LTD" şirkəti arasında karbamid istehsalı zavodunun inşası məqsədilə "Layihələndirmə, Satınalma və Tikinti müqaviləsi" imzalanıb. Müqaviləni ARDNŞ-nin Prezidenti R. Abdullyev və "Samsung Engineering Co. LTD" şirkətinin Prezidenti imzalayıb.
Tədbirdə çıxış edən ARDNŞ-nin Prezidenti R. Abdullayev bildirib ki, Karbamid zavodunda ölkəmizdə müasir beynəlxalq standartlara uyğun azot gübrəsi istahsal olunacaq. O qeyd edib ki, bu zavodun inşası layihəsi Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na əsasən həyata keçirilir: "Ammonyak istahsalı, karbamid mayesi istehsalı və əmtəəlik karbamid istehsalı bölmələrindən ibarət sutkada 2000 ton karbamid istehsal olunması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi məqsədilə "Azərkimya" İstehsalat Birliyinin istifadəsində olan 24 hektarlıq torpaq sahəsi ayrılıb."
R. Abdullyev bildirib ki, müvafiq nazirliklərin nümayəndələrindən ibarət tender komissiyası yaradılıb və "Samsung Engineering Co. LTD" şirkəti də bu tenderin qalibi kimi zavodun tikintisini həyata keçirəcək: "Zavodun tikintisi 2015-ci ildə başa çatacaq. Zavod inşası Dövlət İnvestisiya Fondu hesabına maliyyələşəcək və layihənin reallaşdırılması üçün 500 milyon Avro nəzərdə tutulub.
Tədbirdə "Samsung Engineering Co. LTD" şirkətinin Prezidenti də çıxış edərək möhkəm və super iqtisadiyyata malik olan Azərbaycanda bu layihənin həyata keçirlməsinin böyük məsuliyyət olduğunu bildirib. O qeyd edib ki, bu layihəni həyata keçirmək məmnunluq hissi yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB