Azərbaycan-Fransa hökumətlərarası komissiyasının növbəti iclası Bakıda keçiriləcək

Azərbaycan-Fransa hökumətlərarası komissiyasının növbəti iclası Bakıda keçiriləcək

İqtisadi-ticarət əməkdaşlığı üzrə Azərbaycan-Fransa hökumətlərarası komissiyasının növbəti iclası iyunun sonunda Bakıda keçiriləcək. SİA-nın məlumatına görə, iclasda iki ölkə arasında iqtisadi-ticarət münasibətlərinin perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan-Fransa hökumətlərarası komissiyasının sonuncu iclası 2011-ci ilin sentyabrında Parisdə keçirilib İclasa Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın xarici ticarət üzrə dövlət katibi Pyer Leluş sədrlik etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə