Mərkəzi Bank ciddi tapşırıq verdi

Mərkəzi Bank ciddi tapşırıq verdi

Azərbaycan Mərkəzi Bankı ölkənin kommersiya banklarından bütün kreditlər üzrə faktiki illik faiz dərəcəsinin (FİFD) hesablanması və kredit müqavilələri, bütün reklam vəsaitlərində, aparılan reklam kampaniyalarında, internet resurslarında açıqlanmasını tələb edib. SİA-nın məlumatına görə, Mərkəzi Bank ölkədə fəaliyyət göstərən bütün banklara bununla bağlı müvafiq məktub göndərib.

Məktuba həmçinin FİFD-in hesablanması metodologiyası əlavə olunub. Metodologiyaya əsasən, FİFD hesablanan zaman kreditin əsas məbləği üzrə ödənişlər, kredit üzrə faizlər, kreditə görə komissiya haqqı, kredit hesabının açılması və aparılması (xidmət olunması) ilə bağlı xərclər, o cümlədən kreditin nağdlaşdırılması xərcləri, təminatın (girovun) saxlanılması ilə bağlı xərclər (tətbiq olunduqda), müqavilədə əks olunmuş sığorta və təminatın qiymətləndirilməsi xərcləri (tətbiq olunduqda və belə xidmətlər bankın müəyyən etdiyi şəxslər tərəfindən həyata keçirildikdə), hər bir fərdi kredit üzrə bankın tətbiq etdiyi digər inzibati xərclər kimi bütün xərc və ödənişlər nəzərə alınmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə