Neft bahalaşıb

Martın 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,39 dollar və ya 0,4% artaraq 1 barelə görə 91,95 dollar olub.

SİA-nın məlumatına görə, martın 8-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,30 dollar və ya 0,3% azalaraq 110,85 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə