Bundan sonra ağır tonajlı yük maşınları çətinlik çəkmədən Rusiyaya gedə biləcəklər. Quba şəhər sakinləri və sürücüləri bunu sevinclə qarşılayıblar.
Qubanın Qudyalçay üzərindəki yeni tikilmiş körpü rayon sakinləri üçün daha əlverişlidir. Uzun illərdir ki, Rusiyaya və ətraf rayonlara gətmək üçün avtomobillər Quba şəhərinə daxil olurdu, bu isə tıxaclar və bəzi hallarda qəzalar yaradırdı, ancaq yeni salınmış körpü sürücülər və rayon sakinləri üçün daha əlverişli marşrutdur.
Yeni salınmış Qudyalçay üzərindəki körpü Qubanım Yeni tikilmiş Avtovaqzal ərazisindən keçərək şəhərin aşağı başından Mirzəməmmədkən kəndindən Rusiyaya gedən yola birləçdirilib. Ancaq körpü tam tikilsə də hələ ki, istifadəyə verilməyib. Sürücülər bildirir ki, belə körpü çoxdan tikilməli idi. Ancaq sürücülər tıxaclarda çox çətinliklər çəkiblər.
Körpünün uzunluğu 128 metr, qabariti 11,5 metr, piyadalar üçün nəzərdə tutulan gediş-gəliş hissəsinin eni isə 1 metr olacaq. 5 dayağın tikintisi başa çatdırılıb. Yeni salınmış körpüyə görə rayon sakinləri üçün sevindiricidir. Yeni körpünün dirəkləri həm də davamlıdır.
Yeni salınmış Qudyalçay üzərindəki körpü ilə bağlı rayon FHK-nın sədri Yusif Abidov bildirib ki, belə körpü Quba şəhəri üçün vacibdir. Həm qəzaların sayını azaldacaq və həm də şəhərdə tıxaclar olmayacaq. Yeni körpü tam hazırdır və Mirzəməmməd kəndindəki yollarda təmir tikinti işləri gedəcək. Yaxın günlərdə yeni 2 zolaqlı körpü istifadəyə veriləcək.
Onu da qeyd edək ki, son bir ay ərzində daha 2 körpü istifadəyə veriləcək.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB