Yanvar ayında qeyri-neft məhsullarının ixracı 113,7 milyon dollar dəyərində olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2013-cü ilin yanvar ayında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 95 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar.
Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 3,5 milyard ABŞ dolları təşkil edib, onun 2,9 milyard dolları ixracın, 0,6 milyard dolları idxalın payına düşüb, 2,3 milyard dollarlıq müsbət saldo yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB