"Azərbaycanda fəaliyyət göstərən çörəkbişirmə müəssisələrində istehsal olunan çörəyin qiymətinin artırılması üçün heç bir iqtisadi əsas yoxdur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov deyib.
O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi çörəyin qiymətinin formalaşmasına nəzarət etmir: "Ölkədə taxılın istehsal və idxal həcmləri məlumdur. Bu səbəbdən qiymət artımı üçün heç bir əsas görmürəm. Əgər bahalaşma varsa, bu sual çörək istehsalçılarına ünvanlanmalıdır. Xammal neçəyə başa gəlirsə, çörəyin qiyməti də buna uyğun tənzimlənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB