Roland Kobia: "Azərbaycan dinamik inkişaf edir, amma..."

Roland Kobia: "Azərbaycan dinamik inkişaf edir, amma..."

"Azərbaycan 6 600 adda kənd təsərrüfatı məhsulunu Avropaya ixrac edə bilər. Bu məhsulların Avropa Birliyinin bazarına daxil olması prosesini maneəsiz olaraq həyata keçirmək mümkündür. SİA-nın məlumatına görə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia "Dövlət Baytarlıq Xidmətinə heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı milli sisteminin hazırlanmasına dəstək" adlı Tvinninq Layihəsinin bağlanma mərasimindəki çıxışında belə deyib.

O bildirib ki, son illərdə Azərbaycanın dinamik inkişafının, həmçinin iqtisadiyyatın neft sektorundan asılılığını müşahidə edib: "Doğrudur, bu gün Azərbaycan iqtisadiyyatı əsasən neft sektorunun təsiri hesabına inkişaf edib. Lakin artıq digər sektorların da inkişafı hiss olunur. Burada rəqəmləri sadalamaq niyyətində deyiləm. Amma Azərbaycanın neft sektorundan asılılıqdan çıxmaq üçün göstərdiyi səylər nəticəsini verir".

R.Kobia AB-nin kənd təsərrüfatı sahəsində Azərbaycana dəstək göstərməyə hazır olduğunu da qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə