Novruz Məmədov : “Azərpoçt”əməkdaşlığa hazırdır”

Novruz Məmədov : “Azərpoçt”əməkdaşlığa hazırdır”

"Azərpoçt" Azərbaycan ərazisində elektron ticarətlə alınan malları ünvanlara çatdırmağa hazırdır. SİA-nın verdiyi xəbərə görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC Azərbaycanda əhali tərəfindən şəhər və rayonlararası elektron ticarətlə alınmış mal və məhsulları ünvanlara çatdırmağa hazırdır: "Hazırda ölkədə elektron ticarətin həcmi azdır və ümumi ticarətdə "e-ticarət"in payı yalnız 1-2% təşkil edir. Buna baxmayaraq, "Azərpoçt" ölkə daxilində əhali tərəfindən elektron ticarət vasitəsilə əldə etdiyi mal və məhsulları şəhər və rayonlararası çatdırmağa hazırdır. Sadəcə, indiyədək heç bir şirkət bu barədə müraciət etməyib. Biz isə, öz növbəmizdə, elektron ticarətlə məşğul olan bütün şirkətlərlə əməkdaşlıq etməyə hazırıq".

N.Məmmədov vurğulayıb ki, 2012-ci ildə "Azərpoçt" əhali tərəfindən elektron ticarət vasitəsilə xaricdən alınan mal və məhsulları ünvanlara çatdırıb və ötən il bu göstərici 2-3 dəfə artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə