Novruz Məmmədov: “Poçt göndərmələri ilbəil artır”

"Ölkədaxili poçt göndərmələri ildə orta hesabla 30-40% artır, beynəlxalq post göndərmələri də ilbəil artmaqdadır. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov Poçt sahəsinin artım dinamikası barədə jurnalistlərin sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, "Azərpoçt" da pul köçürmələrinin 80%-i MDB ölkələrinin payına düşür: ""Azərpoçt" MMC vasitəsilə həyata keçirilən pul köçürmələrinin 80%-i MDB ölkələrinin payına düşür. Belə ki, pul köçürmələrinin 70%-i Rusiya, 10%-i isə Ukrayna, Qazaxıstan və Belarusla aparılan əməliyyatlar hesabına formalaşıb".

Bütün xəbərlər Facebook səhifəmizdə