"Azərpoçt" yaxın gələcəkdə kreditlərin verilməsi və depozitlərin qəbuluna başlayacaq. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda "Azərpoçt" kreditlərin verilməsi və depozitlərin qəbulu istisna olunmaqla, müştərilərə digər bütün bank xidmətlərini göstərir: "Bank sektorunda təcrübəmiz azdır və eyni zamanda, işçilərin təlimlərə ehtiyacı var və buna görə, bu məsələdə nə tələsmək, nə də gecikmək niyyətindəyik".
Həmçinin N.Məmmədov qeyd edib ki, Dünya Bankı tərəfindən "Azərpoçt"a qrant ayrılıb və bu vəsait hesabına şirkətin bütün işçiləri (poçtalyonlardan başqa) müvafiq treninqlər keçəcək: "Ümid edirik ki, yaxın gələcəkdə qanunvericiliyə müvafiq dəyişiklər ediləcək və bundan sonra, təqribən 2015-ci ildə "Azərpoçt" mikrokreditlərin verilməsi və depozitlərin qəbuluna başlayacaq. Bununla da "Azərpoçt" bütün bank xidmətlərini göstərmiş olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB