Sony şirkəti özünün ən məşhur binalarından birini - Tokiodakı mənzil-qərargahını satıb. SİA-nın məlumatına görə, şirkətə məxsus olan bina Nippon Building Fund şirkətinə və adı açıqlanmayan səhmdara 1,2 milyard dollara satılıb.
25 mərtəbəlik Sony City Osaki binasının tikintisi 2011-ci ilin martında başa çatıb və orada şirkətin 5 minə yaxın işçisi çalışıb. Əvvəllər Sony məşhur məhsullarının ilk nümayişini burada keçirib. Müqavilənin şərtlərinə görə, Nippon Building Fund binadakı mülkiyyətin 60 faizinə, qalan 40 faizə adı açıqlanmayan səhmdar sahib çıxacaq. Tərəflər həmçinin Sony-nin ofisdə ən azı 5 il fəaliyyətini davam etdirəcəyi barədə razılığa da gəliblər.
Xatırladaq ki, ötən ay Yaponiya istehsalçısı Nyu-Yorkdakı binasını 1,1 milyard dollara satmağa razılıq verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB