Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) TANAP layihəsində (Trans-Anadolu boru kəməri) iştirakçı kimi çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, fond TANAP-da iştirakına görə layihənin gəlirlərindən divident də götürəcək və ARDNF-in bu layihədəki payı Azərbaycanın ümumi olan 51% payının tərkibində olacaq: "Artıq Dövlət Neft Fondunun ARDNŞ-in layihələrində pay almaq praktikası mövcuddur. Belə ki, bir qədər bundan əvvəl ARDNF Dövlət Neft Şirkətinin Türkiyədəki "Star" layihəsi çərçivəsində paya sahib olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB