Nazirlə direktor razılaşıb

Azərbaycan Fransanın süd istehsalı və emalı sahəsində ixtisaslaşan "Lactalis" şirkəti ilə ölkəmizdə süd istehsalının artırılmasına və süd emalının təşkili sahəsində birgə əməkdaşlıq edəcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu məsələ kənd təsərrüfatı naziri İsmət Abasovla şirkətin icraçı direktoru Mişel Nalet ilə görüşdə müzakirə olunub. Şirkətlə konkret əməkdaşlıq istiqamətlərinin araşdırılması məqsədilə nazir şirkətin nümayəndələrini Azərbaycana dəvət edib.

Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının baş direktoru Bernard Vallat ilə görüşdə isə nazir Azərbaycanda idman atlarının beynəlxalq yarışlarda iştirak etməsi üçün tələb olunan normalara yenidən baxılması və bu sahədə birgə əməkdaşlıq imkanlarını müzakirə edib. Bu istiqamətdə təşkilata əməli dəstək göstərilməsi məqsədilə Azərbaycana mütəxəssislərin göndərilməsi barədə ümumi razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə