İlk dəfə olaraq Qubanın Böyük Qafqaz sıra dağlarının ətəylərində yerləşən Dağ Susay kəndinə qaz xətləri çəkilib. Ümumiyətlə, bu kəndin sakinləri qaz üzü görməyiblər. Ancaq ölkə başçısının uğurlu siyasəti nəticəsində, bu dağ kənd sakinləri sözün həqiqi mənasında sevindirilib.
Rayon mərkəzindən 30 km məsafədə, Şah dağının ətəyində yerləşən bu kəndin yayı sərin, qışı isə sərt olur. Əhalisi bu vaxta kimi qazdan istifadə etməyib. Elə sovetlər dönəmində də bu kəndə qaz çəkilməyib. Neçə-neçə çay və neçə-neçə dağlar aşaraq gələn qaz xətti kənd sakinlərini sevindirib.
Susay kəndi ərazidə ən böyük kəndlərdən biridir. Kənd sakinləri heyvandarlıqla məşqul olur. 170-dən çox abonenti olan bu qaz xəttinə qoşulanlar xəttin çəkilişinə həvəslə kömək edirlər.
Susay kəndinə kimi artıq qaz xətləri çəkilib. İndi hər evin qarşısına qaz sayğacları quraşdırılır. Yaxın günlərdə xəttin çəkilişi yekunlaşacaq. Kəndin bələdiyyə sədri Bəhlul Mərdanov bildirir ki, kənd bu vaxta kimi mavi yanacaqa görə çox əziyyət çəkib. Ancaq bu qaz xəttinin çəkilişi onları çox sevindirib.
Emin Kərimov, Quba-Susay
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB