Parlament sənədi ratifikasiya etdi

Milli Məclis Azərbaycan qazının Türkiyədən tranzit kimi keçməsi ilə bağlı sənədi ratifikasiya edib. SİA-nın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında bununla bağlı "Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında" Anlaşma Memorandumu təsdiq edilib.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirib ki, bu memorandum sazişlər paketində olan sənədlərdən biridir. Onun sözlərinə görə, bu silsilədə hələ xeyli sayda sənəd qəbul olunacaq.

İclasda, həmçinin Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi ilə bağlı sənəd qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə