Fermerlərə verilən kreditlərin şərtləri sadələşdirilməlidir
Ölkə başçısı, möhtərəm Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında respublikamızda sahibkarlığın inkişafı ilə bağlı söylədiyi müdrik fikirlər bir sahibkar kimi mənim də hədsiz sevincimə səbəb olmuşdur. Bu, bir daha onu göstərir ki, Ölkə başçısı sahibkarların, xüsusən də aqrar sahədə çalışanların problemlərini daim diqqət mərkəzində saxlayır. Xüsusən də kənd təsərrüfatının subsidiyalaşdırılması, gübrələrin 50% güzəştlə verilməsi, Sahibkarlığa Kömək Milli Fondunun yaradılması ölkə başçısının sahibkarlara olan diqqət və qayğısından irəli gəlir.
Lakin indiyədək dövlətimizin aqrar sahə üçün nəzərdə tutduğu bütün güzəştlərdən istifadə etsəm də, təəssüf ki, bugünədək aqrar sahə adamları üçün ayrılan güzəştli kreditlərdən istifdə edə bilməmişəm. Əgər ilk əvvəllər fermer təsərrüfatımı öz imkanlarım hesabına inkişaf etdirirdimsə, son illər 42 ha saldığım çay sahələrində suvarma sisteminin qurulması, tikintisi yarımçıq qalmış heyvandarlıq fermasının başa çtdırılması məqsədilə güzəştli kreditə ciddi ehtiyac yaranıb. Bununl əlaqədar dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, Nazirlər Kabinetinə müraciət etsəm də heç bir nəticə əldə edə bilməmişəm. İki dəfə SKMF-da olmuşam. Oradan da məni müvəkkil banklara müraciət etməyi tövsiyyə ediblər. Bütün çətinliklərim də buradan başlayıb. Müraciət etdiyim bankdan asılı olmayaraq hamısı məndən istədiyim məbləğin 2 qat misli dəyərində girov tələb edirlər. Torpaq isə girov kimi qəbul olunmur. Hal-hazırda yaşayıb işlədiyim İstisu qəsəbəsində, yəni 600000 (altıyüz min) manat dəyərində nə ev, nə də obyekt mövcuddur. Bu gün lazımi krediti almasam, təsərrüfatımı böyük təhlükə gözləyir. Belə ki, 42 hektarda saldığım çay plantasiyası bir azdan başlayacaq quraqlıqdan və tikintisi yarımçıq qalmış heyvandarlıq ferması başa çatdırılmasa heyvanlar sıxlıq və nəticədə burada yaranan xəstəliklərdən tələf ola bilərlər. Bəs nə etməli?
Təklif edərdim ki, aqrar sahənin daha sürətli inkişafını istəyiriksə, kreditlərin verilməsi şərtləri daha sadələşdirilməli, kənddə yaşayan fermerlə şəhərdə yaşayan sahibkar arasında fərqli şərtlər tətbiq olunmalıdır. O cümlədən fermerin mülkiyyitində olan torpaq girov kimi qəbul olunmalıdır. Mənim fikrimcə, SKMF-nun öz bankı olmalı, kreditlərin verilməsi sadələşdirilməli, kreditlərin verilməsində şəffaflığın təmin olunmasına dövlət nəzarəti tətbiq olunmalıdır.
Cənab Prezidentin çıxışına dəstək olaraq biz də rayonumuzun təbii-iqlim şəraitinə uyğun olan çayçılığı inkişaf etdiririk. Ümid edirik ki, çayçılığın inkişafı ilə bağlı yeni qanun layihəsi tezliklə qəbul ediləcək və çayçılıqla məşğul olan fermer təsərrüfatlarına uzunmüddətli faizsiz kreditlərin verilməsi tətbiq olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB