Daşkəsən rayonunda 2012-ci ilin yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə dair hesabat müşavirəsi keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə rayon icra hakimiyyəti başçısı Əhəd Abıyev, Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev iştirak edib.
Bildirilib ki, son bir ildə rayonda iqtisadi inişaf müsbət dinamika ilə müşayət olunub. İcra Aparatının rəhbəri xüsusi vurğulayıb ki, ölkənin bütün regionlarına olduğu kimi Daşkəsən rayonuna Prezident İlham Əliyev tərəfindən qayğı göstərilir. Məhz bu qayğının bariz nümunəsi olaraq ölkə rəhbərinin Daşkəsənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı sərəncam olub. Sərəncama görə, rayona Prezidentin ehtiyyat fondundan 2 milyon manat vəsait ayrılıb. Yola saldığımız il çərçivəsində rayonun Covdar Qızıl Zavodunun tikintisinə başlanıb və hazırda tikinti işləri davm etdirilir. Yatağın istifadəyə verilməsi ilə 400-dən artıq rayon sakini yüksək əmək haqqı iə işlə təmin ediləcək. Bundan əlavə rayonda gənclər üçün idman təlim və istirahət mərkəzinin inşası da həyata keçirilir. Daşkəsənin sovet dönəmindən qalan orta təhsil müəsissələrinin yenidən qurulması da gündəmdədir. İlkin mərhələdə 6, sonrakı mərhələlərdə isə daha 6 məktəb binası yenidən tikiləcək. Qəzalı mənzillərin aradan qalıdırılması istiqamətində isə rayonda 16 mənzilli yeni yaşayış binası da inşa olunur.
"2012 Daşkəsən üçün olduqca uğurlu bir oldu. Ümumilikdə ötən il resbublika üçün uğurlu il kimi yadda qalıb. Buna təkcə Daşkəsəndə gedən abadlıq və quruculuq işlərini vurğulamaq yetərlidir. Rayonda yenilik bütün sahələrədə təhsildə, səhiyyədə, mədəniyyətə özünü göstərib. Qarşıdan seçki ili gəlir. Mən əminliklə deyirəm ki, daşkəsənlilər bir nəfər kimi bu sabitliyi, firavanlığı, əmin-amanlığı təmin edən, ulu öndərin siyasi kursunu layiqincə davam etdirən cənab Prezidentə səs verəcəklər. Çünki hamı kimi daşkəsənlilər də ölkə prezidentinə inanır", - deyə Ə.Abıyev bildirib.
Hesabat müşavirəsində 2012-ci ildə rayonda ümümi daxilin həcminə də nəzər salınıb. Qeyd olunub ki, rayonda ümumi daxili məhsul 95% təşkil edib: "Bütün bunların fonunda rayonda yeni müəssiəsələrin açılması, yeni iş yerlərinin yaradılması bizi çox sevindirir. Nəticə etibarı ilə vətəndaşlar daima işlə təmin olunur, rayon gözəlləşir, abadlaşır yollar yeni simaya salınır. Zavodların istifadəyə verilməsi yerli əhalinin işlə təmin olunacağı deməkdir".
Hesabat müşavirəsinin sonunda dövlət başçısına təşəkkür məktubu da ünvanlanıb.
İlham Məmmədov





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB