Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayev bu gün keçirilən mətbuat konfransında qurumun 2013-cü il üçün plan və prioritet fəaliyyət istiqamətlərini açıqlayıb. SİA-nın məlumatına görə, baş direktor çıxışında bildirib ki, bu il üçün NİİM-in qarşısında duran əsas məqsəd yollardakı avtomobilllərin hərəkətini tənzimləmək və tıxacların qarşını almaqdır: "Əldə etdiyimiz statistik məlumatlar əsasında bütün mövcud problemlər təhlil olunur, bu araşdırmalar əsasında müxtəlif təkliflər hazırlanır və müvafiq qurumlara təqdim olunur. Bu ilk növbədə sakinlərin rahatlığını təmin etmək üçün aparılan işlərdir".
E. Abdullayev onu da vurğulayıb ki, I mərhələnin tam bitməsi və artıq növbəti mərhələlərə keçid həyata keçirilməlidir: "II mərhələdə sistemin Bakının ətrafı və Abşeron yarımadasında tətbiqi nəzərdə tutulur. Mərkəzin digər istiqaməti isə məhz bu əsas məsələlərdən irəli gələn layihə və proqramlardır. Nəqliyyat sahəsində göstərilən xidmət səviyyəsini artırmaq və yaranan problemlərin və çətinliklərin qarşısını almaq məqsədi ilə bir çox layihələr həyata keçiriləcək".
I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyətini və təhlükəsizliyini təmin etmək üçün Mərkəz daha aktiv rejimdə çalışacağını deyən baş direktor: "Mərkəz sosial məsuliyyət sahəsində öz korporativ strategiyasını davam etdirmək niyyətindəri. Əlavə olaraq, Mərkəz üçün 2013-cü ildə təbliğat əsas prioritetlərdən olacaq, çünki nəqliyyat istifadəçilərinin maarifləndirilməsinə böyük ehtiyac duyulur", - deyə fikirlərinə əlavə edib.
Ümumilikdə, bu ildə NİİM qarşısında duran prioritet məsələlər aşağıdakılardır:
- Bakı şəhər nəqliyyat sisteminin təkmilləşdirilməsi və əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi;
- nəqliyyat hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılması;
- təhlükəsizliyin yüksəldilməsi;
- nəqliyyatın hərəkəti barədə məlumatları istifadəçilərə müxtəlif vasitələrlə operativ şəkildə çatdırılması;
- ictimaiyyət arasında maarifləndirici işlərin aparılması;
- nəqliyyat sektorunda iqtisadi səmərəliyinin artırılması;
- enerji resurslarına qənaət və ekeloji durumun yaxşılaşdırılması;
Qeyd edək ki, NİİM-in fəaliyyəti hazırkı mərhələsinə uyğun şəkildə aparılır. Sonuncu mərhələdə həyata keçirildikdən sonra artıq yekun qiymətləndirilmə aparmaq mümkün olacaq.



.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB