"Bakı şəhərinin yollarında tıxacların yaranmasının əsas səbəbi avtomobillərin düzgün parklanmaması ilə bağlıdır". SİA-nın məlumatına görə, bunu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayev deyib.
Onun sözlərinə görə, 1 illik fəaliyyət əsasında aparılan araşdırmaların nəticəsi göstərir ki, yollarda yaranan tıxacların əsas səbəblərindən biri məhz qeyri-qanuni parklanmadır: "Ötən il ərzində Mərkəz tərəfindən şəhərin əsas küçə və prospektlərində 12 815 ədəd qanunsuz parklanma faktları qeydə alınıb. Hazırda tıxac probleminin əsas səbəbi olan qanunsuz parklanmanın qarşısını almaq üçün Qanunsuz Parklanmaya Nəzarət Sistemi hazırlanır. Bu sistem hazırda test rejimində fəaliyyət göstərir və istifadəyə tam hazırdır. Mərkəz tərəfindən tədbirlər görülür ki, müvafiq qanunvericiliyin qəbulundan sonra sistem tam gücü ilə fəaliyyət göstərsin. Sözügedən sistemin təxminən 1 ildən sonra istismara veriləcəyi gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB