Ödəmə kartları pulsuz veriləcək

"Bakıda ictimai nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi üçün avadanlıqların quraşdırılmasına mayda başlanacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin texniki istismar üzrə direktoru İbrahim Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu istiqamətdə işlər aparılır: "Ödəniş kartlarını şəhərin marketlərindən almaq mümkündür. İlkin mərhələdə yüklənə biləcək 1-3 milyon ədəd kart buraxılacaq. Kartdakı balansı öyrənmək üçün avtobus dayanacaqlarında quraşdırılan interaktiv lövhələrdən öyrənmək olar. Balansın yüklənməsi şəhərin müxtəlif yerlərində yerləşən banklar, köşklər və mobil terminallar vasitəsilə mümkün olacaq. Kartlar pulsuz veriləcək".

İbrahim Əliyev həmçinin qeyd edib ki, bu işdə Türkiyə, Cənubi Koreya və bir sıra ölkələrin təcrübəsi öyrənilir: "İlkin mərhələdə bu proses təqribən 1000-ə yaxın sərnişin avtobusunda gedəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə