Azərbaycanda əhalinin genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə hazırlanmış layihə 2013-2015-ci illəri əhatə edir. SİA-nın verdiyi xəbərə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamsında deyib.
Onun sözlərinə görə, layihənin icrası nəticəsində ölkədə genişzolaqlı internet istifadəçilərinin sıxlığı 85%-ə çatacaq: "Bununlada ölkənin ucqar kənd yerləri belə genişzolaqlı internetlə təmin olunacaq. Artıq bu layihənin icrasına başlanılıb. Layihə çərçivəsində 2015-ci ilə qədər və sonrakı dövrdə əhali Bakı şəhərində 30-100 Mbit/saniyə, digər iri şəhərlər və rayon mərkəzlərində isə 10-30 Mbit/saniyə, qəsəbə və kənd yerlərində 10 Mbit/saniyə və daha çox sürətli genişzolaqlı internetlə təmin ediləcək. Bu layihə nəticəsində 2020-ci ilədək "elektron xidmət"lərdən istifadə edənlərin payını 100%-ə çatdırmaq niyyətindəyik".
Qeyd edək ki, hazırda ölkədə "elektron xidmət"lərdən əhalinin 7%-i istifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB