Peyklərin orbitə çıxarılmasında ilk 35 dəqiqə əsasdır. Bu müddət ərzində hər hansı bir problem yaşanmazsa, peykin orbitə uğurlu çıxarılması elan olunur. "Azerspace-1" peykinin orbitə uğurlu çıxarılması ilə bağlı məlumat artıq fevralın 7-dən 8-ə keçən gecə verilmişdi. SİA-nın verdiyi xəbərə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamsında deyib.
Onun sözlərinə görə, peykin orbitə çıxarılması uğurlu olduğundan son 10 gün ərzində onun tamamilə öz orbitində olan dəqiq yerini tutması, sonra yer kürəsinə qarşı olan meyllərinin tənzimlənməsi, orda olan əsas aparıcı parametrlərdən alınan siqnalların qəbul olunması və onlara cavab verilməsi üçün standart prosedur var: "Artıq bu gün səhər saatlarında bu prosedur bitib. Azərbaycn peyki tamamilə istifadəyə hazırdır. Bundan sonra 1 ay müddətində Azərbaycanlı mütəxəsislər onun sınağını keçirəcəklər. Daha sonra isə onun kommersiya xidmətinə başlanacaqdır".
Nazir peykin ölkəyə qazandıracağı məbləğ barədə də jurnalistlərin suallarını cavablandırıb: "Azərbaycanın ilk milli telekommunikasiya peyki olan "Azerspace-1" 15 il istismar müddəti ərzində ölkəyə 650 mln. ABŞ dolları məbləğində gəlir gətirəcək. Azərbaycan "Azerspace-1"in tikintisi, onun sığortalanması, orbitə buraxılması və yerüstü infrastrukturun yaradılmasına 230 mln. dollar xərclənib. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB