Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın təşəbbüsü ilə ortaya atılan Ermənistan-Abxaziya dəmir yolu xəttinin açılması ideyasına qarşı olduğunu bir daha təsdiq edib. SİA-nın "Qruziya Online" saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan prezidenti "Şərq tərəfdaşlığı" Forumunda çıxışı zamanı deyib.
Saakaşvili qeyd edib ki, Rusiya bu fikri gündəmə gətirməklə Ermənistanı blokadadan çıxarmaq, bu ölkənin iqtisadi inkişafını təmin etmək məqsədi güdmür, əksinə Abxaziyaya yeni sərmayələr qoymaq planını reallaşdırmaq istəyir: "Rusiya Ermənistanın və Abxaziyanın dəmir yollarına sahibdir. Gürcüstanda keçirilmiş parlament seçkilərində Rusiyanın öz favoriti var idi. Onlar düşünürdülər ki, öz adamlarının qələbəsi, dəmir yolunun açılmasını da təmin edəcək. Ermənistana dəmir yolu açılmaqla bərabər, Abxaziyanın işğaldan sonrakı investisiya imkanları artacaq. Beləliklə, Abxaziyanın birdəfəlik itirilməsi planı reallaşacaq".
Prezident qeyd edib ki, Ermənistandan gələn yüklərin bizə problem yaratmasını istəməzdik: "Bunun üçün Lars keçid məntəqəsini açmışıq. Laziki limanının (Ermənistandan gələn yükləri qəbul edib ünvanına göndərən liman - SİA.) tikintisini biz 18 aya istifadəyə verə bilərdik. Amma nədənsə həmin limanın tikintisi naməlum səbəblərdən dayandırıldı. Əvəzində dəmir yolu məsələsi gündəmə gəldi. Bu, bizim siyasətimisə tamamilə ziddir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB