Valeh Ələsgərovdan sərt reaksiya

"Xəzər dənizinin Azərbaycana aid hissəsinin təbii ehtiyatlarının Avropaya səmərəli və effektiv şəkildə çatdırılması üçün Avropa İttifaqının, o cümlədən digər Avropa strukturlarının ciddi siyasi dəstəyi lazımdır". SİA-nın xəbərinə görə, bunu "Avronest" Parlament Assambleyasının bugünkü iclasında vitse spiker Valeh Ələsgərov deyib. O, çıxışı zamanı son vaxtlar dünyada neft hasilatının azalacağı ilə bağlı proqnozların verilməsini bisavadlıq kimi qiymətləndirib.

Onun sözlərinə görə, bu, həmin iddianı irəli sürənlərin ya savadsızlığından, ya da məsələləri bilərəkdən təhrif etməkdən irəli gəlir: "Son illər dünyada neft hasilatı atrmaqdadır. Son bir neçə il ərzində neft hasilatı 30 faizə qədər artıb. Hazırda 235 milyard ton neft ehtiyatı var. Məgər bundan böyük rəqəm ola bilər?!"

V.Ələsgərov çıxışında həmçinin bəzi Avropa siyasətçilərini və Avropa parlamenti nümayəndələrini tənqid edib: "Mən son vaxtlar bəzi Avropa siyasətçiləri və Avropa parlamenti üzvlərinin çıxışlarına çox əsəbləşirəm. Bu adamlar bilməlidirlər ki, Nabucco ilə bağlı məsələ ortaya çıxanda Azərbaycan qazından və onun dünya bazarlarına nəqlindən söhbət getmirdi. Ona görə də, Azərbaycanı ittiham etmək savadsızlıqıdr. Onu da qeyd edim ki, bu gün Avropa və dünya ətrafında xeyli qaz yataqları mövcuddur. Təkcə təmiz qaz ehtiyatları 500 trilyon kubmetrə yaxındır, eyni zamanda Şell qazının həcmi də təxminən 400-500 milyard kubmetrə yaxındır".

Bütün xəbərlər Facebook səhifəmizdə