"Yaxın gələcəkdə vergi sistemində müasir informasiya texnologiyaların, elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında tərəfdaşlıq münaqsibətlərinin qurulması istiqamətində aparılan islahatları davam etdiriləcək". SİA-nın xəbərinə görə, vergilər naziri Fazil Məmmədov II Vergilər Formunda çıxışı zamanı belə deyib.
Nazirin sözlərinə görə, əlverişli investisiya mühitinin yaradılması və ölkədə iqtisadi fəallığın artması nəticəsində ötən ildə vergi ödəyicilərinin sayı 3 dəfədən çox artıb: "Təkcə ötən il vergi ödəyicilərinin sayı əvvəlki ilə nisbətən 72 min artıb. Bu gün digər sahələrdə olduğu kimi, vergi xidmətinin də qarşısında yeni, qlobal çağırışlar durur. Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası milli vergi sistemi üçün də yeni hədəflər müəyyənləşdirib. Dünyada baş verən qlobal tendensiyalar və beynəlxalq inteqrasiyanın dərinləşməsi bilik menecmentinə əsaslanan, texnoloji baxımdan daim təkmilləşən vergi sisteminin yaradılması zərurətini yaradır".
Onun sözlərinə görə, yaxın gələcəkdə vergi sistemində müasir informasiya texnologiyaların, elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında tərəfdaşlıq münaqsibətlərinin qurulması istiqamətində aparılan islahatları davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB