Xaçmazın kəndlərinə qaz çəkilir

Xaçmazın kəndlərinə qaz çəkilir

Xaçmaz rayonunda iki yaşayış məntəqəsinə ilk dəfə olaraq mavi yanacaq verilib. Rayonun Maşı-oba kəndində 20 obonent və Çuxur-oba kəndində 32 obonent təbii qazla təmin edilib. Bununla da rayonda qazlaşdırılan kəndlərin sayı 51-ə çatıb.

Qeyd olunub ki,sözü gedən ərazidə 4 min metr uzunluğunda qaz xətti çəkilib, mənzillərdə sayğaclar quraşdırılıb. Həmçinin bildirib ki, yaxın müddət ərzində Xaçmazda daha 19 yaşayış məntəqəsi təbii qazla təmin olunacaq. İlk dəfə mavi yanacaqdan istifadə edən kənd sakinləri minnətdarlıq ifadə edib.

Emin Kərimov, Xaçmaz

Bütün xəbərlər Facebook səhifəmizdə