WTI markalı neft ucuzlaşıb

Fevralın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,60 dollar və ya 1,6% azalaraq 1 barelə görə 96,17 dollar olub. SİA-nın xəbərinə görə, fevralın 4-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,16 dollar və ya 1,0% azalaraq 115,60 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə