Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Ərazi İdarəsinin açılışı olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, açılışda iştirak edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, yeni istifadəyə verilən binanın strukturu müraciət edən vətəndaşlara keyfiyyətli xidmətin təşkilinə, onların rahatlığının təşkilinə və vaxt itkisinin arada qaldırılmasına imkan yaradır. Binada qeydiyyat prosesinin daha çevik və operativ həyata keçirilməsi məqsədilə avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi qurulub. İdarə ərazisində daşınmaz əmlaka dair hüqüq qeydiyyatı ilə bağlı müvafiq izahedici, o cümlədən dövlət büdcəsinə ödəniləcək xidmət haqları və rüsumlar barədə məlumatlandırma lövhəsi asılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB