1 saylı Bakı ASAN Xidmət Mərkəzi rüsumlar və xidmət haqlarının qiymətlərini açıqlayıb. (Xidmət haqları mötərizədə göstərilir)
DAXİLİ İŞLƏR NAZİRLİYİ
Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsi - 11 manat
Şəxsiyyət vəsiqəsinin verilməsi (16 yaşınadək) - pulsuz
Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi (10 gün) - 1 manat
Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi (3 iş günü) - 10 manat
Ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi (1 ay) - 40 manat
Ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi (5 iş günü) - 120 manat
Sürücülük vəsiqəsinin dəyişdirilməsi - 18 manat
Məhkumluq barədə arayışın verilməsi - pulsuz
ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ
Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi - 20 günə verildikdə 20 manat, 14 günə verildikdə 30 manat, 7 günə verildikdə 40 manat
Vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında əldə edilmiş daşınmaz əmlakın qeydiyyatı - 20 günə verildikdə 20 manat, 14 günə verildikdə 30 manat, 7 günə verildikdə 40 manat
Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi - 20 günə verildikdə 20 manat, 14 günə verildikdə 30 manat, 7 günə verildikdə 40 manat
VERGİLƏR NAZİRLİYİ
Bankların, birjaların, sığortaçıların, sığorta birlikləri və brokerlərinin qeydiyyatı – 220 manat
Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı - 3 manat
Digər hüquqi şəxslərin qeydiyyatı - 11 manat
Fiziki şəxslərin sahibkarlıq uçotuna alınması – pulsuz
MİLLİ ARXİV İDARƏSİ
Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi – pulsuz
DÖVLƏT MİQRASİYA XİDMƏTİ
Müvəqqəti yaşamaq üçün icazə ilə bağlı sənədlərin verilməsi (3 ayadək) - 30 manat
Müvəqqəti yaşamaq üçün icazə ilə bağlı sənədlərin verilməsi (6 ayadək) - 60 manat
Müvəqqəti yaşamaq üçün icazə ilə bağlı sənədlərin verilməsi (1 ilədək) - 120 manat
Müvəqqəti yaşamaq üçün icazə ilə bağlı sənədlərin verilməsi (tələbələr üçün illik) - 40 manat
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsi və müddətinin uzadılması - 300 manat
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsi – 10 manat
DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİ
Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi – pulsuz
DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU
Əmək pensiyalarının təyin edilməsi – pulsuz
ƏDLİYYƏ NAZİRLİYİ
Doğumun qeydə alınması – pulsuz
Ölümun qeydə alınması – pulsuz
Nikahın qeydə alınması - 5 manat
Nikahın pozulmasının qeydə alınması (yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında) - 15 manat
Nikahın pozulmasının qeydə alınması (məhkəmə qətnaməsi əsasında ) - 15 manat
Nikahın pozulmasının digər xüsusi hallarda qeydə alınması - 2 manat
Övladlığa götürmənin qeydə alınması – Pulsuz
Atalığın müəyyən edilməsinin qeydə alınması – Pulsuz
Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması - 10 manat
Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi - 2 manat
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnəmələrin (təkrar şəhadətnamələrin) verilməsi - 2 manat
Notariat fəaliyyəti
Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiqi (müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə) - 20 manat (3 manat)
Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiqi (müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə-Bakı şəhərində) - 200 manat (30 manat)
Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiqi (müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə-digər şəhər və rayonlarda) - 80 manat (12 manat)
Daşınmaz əmlak barədə müqavilənin təsdiqi (yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün) - 20 manat (3 manat)
Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi müqaviləsinin təsdiqi (müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə) - 25 manat (3,75 manat)
Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi müqaviləsinin təsdiqi (müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə) - 50 manat (7,5 manat)
Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilənin təsdiqi (müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə) - 10 manat (1,50 manat)
Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilənin təsdiqi (müqavilə üzrə istifadə hüququ digər şəxsə keçirsə) - 15 manat (2,25 manat)
İpoteka müqaviləsinin təsdiqi (dəyəri 2000 manatadək) – 5 manat (0,75 manat)
İpoteka müqaviləsinin təsdiqi (dəyəri 2000 manatdan 5000 manatadək) - 20 manat (3 manat)
İpoteka müqaviləsinin təsdiqi (dəyəri 5000 manatdan çox olduqda) - 30 manat (4,50 manat)
İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi (Bakı şəhərində) - 110 manat (16,5 manat)
İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi (digər şəhər və rayonlarda) - 44 manat (6,6 manat)
Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi (Bakı şəhərində) - 55 manat (8,25 manat)
Qarışıq müqavilənin təsdiqi (qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün-digər şəhər və rayonlarda) - 22 manat (3,3 manat)
Vəsiyyətnamələrin təsdiqi - 10 manat (1,50 manat)
Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə) - 10 manat (1,50 manat)
Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə) - 10 manat (1,50 manat)
Qiymətləndirilən başqa müqavilələrin təsdiqi (tərəflər digər fiziki və hüquqi şəxsdirsə) - 80 manat (12 manat)
Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi (tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə) - 10 manat (1,50 manat)
Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi (tərəflər digər şəxslərdirsə) - 20 manat (3 manat)
Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi (etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə) - 10 manat (1,50 manat)
Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi (etibarnamə digər şəxslərə verilərsə) - 20 manat (3 manat)
Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi (etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilirsə) - 5 manat (0,75 manat)
Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi (etibarnamə digər şəxslərə verilirsə) - 10 manat (1,50 manat)
Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq) - 20 manat
Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi (vərəsə digər şəxsdirsə) - 40 manat
Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi - 10 manat
Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi - 2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat (dövlət rüsumu məbləğində x/h)
Sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün - 2 manat
Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) - 5 manat
Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi - 20 manat
Dəniz protestlərinin tərtib edilməsi - 20 manat
İcra qeydlərinin aparılması - 10 manat
Fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin ərizələrinin digər fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına və bələdiyyələrə verilməsi - 5 manat
Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbul edilməsi - 5 manat
Notariat hərəkətlərinin müştərinin qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda aparılması (1 saat üçün) - 10 manat (notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə 1 saatdan əlavə sərf olunan hər saat üçün 5 manat)
Ödəniş (qiymətli) kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi - 5 manat
Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi - 100 manat
Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılması - 50 manat
Başqa notariat hərəkətləri - 5 manat
Dövlət Gömrük Komitəsi
Gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu ilə bağlı gömrük yığımları barədə məlumatlar "ASAN xidmət" mərkəzlərinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi saytında yerləşdirilib: [LINK=http://www.asan.gov.az/]www.asan.gov.az[/LINK] [LINK=http://www.customs.gov.az/]www.customs.gov.az[/LINK]
Bütün xəbərlər Facebook səhifəmizdə