Azərbaycan qazının Avropaya nəqli üçün yalnız bir boru kəməri seçiləcək. Bu kəmərlərin ikisi də eyn vaxtda işləyə bilməz. SİA-nın xəbərinə görə, bunu bu gün qazın nəqli üçün iki kəmərin seçiləcəyi ilə bağlı avropalı ekspertlərin fikirlərinə münasibətini bildirən ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, bu layihə çərçivəsində 2018-ci ildə Avropaya 10 milyard kubmetr qazın ixrac edilməsi nəzərdə tutulur. Şirkət rəsmisi artıq fevralın 1-dən ARDNŞ və partnyor şirkətlərin nümayəndələri Avropada potensial qaz alıcıları ilə danışıqlara başlanıldığını da diqqətə çatdırıb: "Bizim seçimimizə bazardakı tranzit qaz tarifləri təsir edəcək".
R.Abdullayev həmçinin bildirib ki, "Şahdəniz"in operatoru olan BP rəhbərliyi ilə əldə edilmiş layihəyə əsasən, ARDNŞ Bakıdan Avropayadək olan sistem vasitəsilə təkcə "Şahdəniz" qazını deyil, Azərbaycanın digər yataqlarından olan qazının nəqli imkanlarını da əldə edib: "Bura "Abşeron", "Ümid", "Babək" və digər yataqlardan çıxarılan qaz aiddir. Hazırda bu yataqların hamısında işlər qrafikə uyğun aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB