"Azərbaycanda əmək bazarı: Qeyri-leqal məşğulluqla mübarizə”
Bu gün "Vergi" və "Kaspi" qəzetlərinin təşkilatçılığı ilə "Azərbaycanda əmək bazarı: Qeyri-leqal məşğulluqla mübarizə" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə İqtisadi İnkişaf, Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin nümayəndələri iştirak ediblər. "Vergilər" qəzetinin baş redaktoru Anar Əliyev bildirib ki, aktuallığında asılı olmayaraq əmək bazarı, qeyri-leqal məşğulluqla mübarizə və s. kimi mövzuların araşdırılması zamanı bir sıra jurnalistlər tərəfindən qeyri peşəkarlığa yol verilir. Tədbirin təşkilində məqsəd bu kimi neqativ halların aradan qaldırılmasıdır.
Onun sözlərinə görə,vergilərinn büdcəyə daxil olmasında dövlətdən daha çox cəmiyyət maraqlı olmalıdır: "Bəzən insanlar vergilərin təşkili işinin qabardılmasını dövlətin büdcəsinin doldurulması ilə əlaqələndirilər. Lakin cəmiyyət bunu dərk etməlidir ki, həmin vergilər nəticəsində insanların əmək haqqları müəyyənləşir".
Daha sonra tədbir iştirakçıları da qeyd olunan mövzunun aktual olduğunu vurğulayıblar. Bununla əlaqədar müzakirələr davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB