Ötən il Azərbaycanda istehsal prosesində 212 bədbəxt hadisə baş verib. SİA-nın xəbərinə görə bu barədə Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov bildirib. Onun sözlərinə görə, bu hadisələr zamanı 82 nəfər ölüb, 159 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Bu isə 2011-ci illə müqayisədə ölənlərin sayının 15 nəfər, xəsarət alanların sayının isə 52 nəfər azaldığını göstərir.
Məhərrəm Məhərov ötən il ərzində əmək müqavilələrinin bağlanma sayına da açıqlama gətirib: "2012-ci ildə ölkə üzrə 46735 nəfərlə əmək müqaviləsi bağlanıb. Bundan 10531 nəfəri topdan və pərakəndə satışla, 21,1%-i isə tikinti sahəsilə bağlı fəaliyyət göstərənlərdir".
Qeyd edək ki, ötən il dünyada istehsalatda bədbəxt hadisə zamanı 2 milyon 300 min nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB