Neft ucuzlaşıb

Yanvarın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,45 dollar və ya 1,5% azalaraq 1 barelə görə 95,23 dollar olub. SİA-nın xəbərinə görə, yanvarın 23-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,38 dollar və ya 0,3% artaraq 112,80 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə