"Davos" Bakıda keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşüb. Görüşdə Azərbaycan ilə Davos Dünya İqtisadi Forumu arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib.

Bu əlaqələrin son illərdə inkişaf edərək yeni mərhələyə daxil olduğu bildirilib. Bu Forumun, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa müsbət təsir göstərdiyi xüsusi qeyd olunub. Ümumi razılığa əsasən, Davos Dünya İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçiriləcəyi və bunun mühüm hadisə olacağı vurğulanıb.

Klaus Şvab ümidvar olduğunu bildirib ki, Bakıda keçiriləcək Dünya İqtisadi Forumu Cənubi Qafqaz və Orta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfəsini verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə