Azərbaycan iqtisadiyyatı üçün 2013-cü ildə heç bir çətinlik proqnozlaşdırılmır. Bunu SİA-ya açıqlamsında iqtisadçı-ekspert Vüqar Bayramlı "The National İnterest" (Milli Maraqlar) dərgisinin Azərbaycan üçün 2013-cü ilin çətin olacağına dair hazırladığı hesabata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu hesabatda əks olunan proqnozların heç bir iqtisadi əsası yoxdur: "Ona görə ki, neftin qiyməti Azərbaycan Respublikası dövlət büdccəsində nəzərdə tutulmuş hər barrel üçün 100 dollardan aşağı olsa belə ölkə iqtisadiyyatında hər hansı bir çətinlik yaratmayacaq. Bununla belə 2013-cü ildə neftin dünya bazar qiyməti büdcə gəlirlərinin formalaşdırılmasına hər hansı bir təsir göstərməyəcək. Nəinki 2013-cü ildə, hətta qarşıdakı illərdə belə Azərbaycan iqtisadiyyatı üçün hər hansı çətinlik proqnozlaşdırılmır. Buna səbəb Azərbaycan dövlət büdccəsinin gəlirlərinin 60 faizinin sığortalanmasıdır. Bunların əsas hissəsi dövlət Neft Fondunun transferləridir".
İqtisadçı-ekspert xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın dövlət büdccəsinin 26 faizi qeyri-neft sektorunun payına düşür: "Bunlar da sığortalanmış gəlirlərdir. Neftin dünya bazarı qiymətindən asılı olan büdcə gəlirləri 14 faiz təşkil edir. Yalnız bu gəlirlər neftin dünya bazar qiymətlərinin təsirlərinə bir çətinliyin olması mümkün deyil. Ona görə ki, Azərbaycan dövlət rezervləri onun xarici borcları ilə müqayisədə xeyli çoxdur. Azərbaycan MDB məkanında dövlət rezervlərinin ümum daxili məhsuldakı payına görə ən yaxşı göstəriciyə malikdir. Çünki dövlət rezervlərinin ümum daxili məhsuldakı payı 73 faiz təşkil edir. Bu göstəriciyə görə MDB-də Azərbaycana ən yaxın ölkə Rusiyadır ki, bu 30 faiz həcmindədir. Digər ölkələr bu göstəriciyə görə, Azərbaycanla müqayisəyə gəlməz dərəcədədir. Eləcə də xarici borclarının ümumi daxili məhsuldakı payına görə də MDB də ən yaxşı göstəriciyə malikik. Belə ki, bu rəqəm 7 faiz həcmindədir. Ancaq əksər MDB ölkələrində bu rəqəm 70-80 faiz intervalında dəyişir. Dünyada kəskin böhran olarsa və neftin qiyməti aşağı düşərsə belə Azərbaycan dövlət rezervləri imkan verir ki, qarşıdakı illərdə iqtisadiyyatımız hər hansı bir problemlə üzləşməsin. Bir sözlə dövlət rezervləri iqtisadiyyatımız üçün sığorta yastığı rolunu oynayır. Bundan əlavə Azərbaycan iqtisadiyyatı sığortalanmış iqtisadiyyat olduğu üçün 2013-cü ildə heç bir çətinlik proqnozlaşdırılmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB