BP şirkəti "Şahdəniz" qazını Türkiyədən keçməklə Avropa bazarına çıxaracaq Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinə qoşulmaq barədə müqavilə imzalayıb. Bunu jurnalistlərə açıqlamasında "BP-Azerbaijan"ın "Şahdəniz" yatağının işlənməsi layihəsi üzrə vitse-prezidenti Alasder Kuk bildirib.
A.Kuk qeyd edib ki, BP-nin bu layihəyə qoşulması ilə bağlı Britaniya şirkəti ilə ARDNŞ arasında çərçivə sazişi 2012-ci ilin dekabrın 18-də BP-nin rəhbəri Robert Dadlinin Bakıya səfəri zamanı imzalanıb. Sazişə əsasən, BP şirkəti TANAP-da 12% paya sahib olub.
A.Kuk bildirib ki, BP şirkəti TANAP-a 100% inanır. Onun sözlərinə görə, TANAP üzrə kommersiya sazişi qarşıdakı bir neçə ay ərzində imzalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB