180 mindən çox əmək müqaviləsi bağlanılıb

180 mindən çox əmək müqaviləsi bağlanılıb

2012-ci ildə Azərbaycanda qeyri-leqal əməklə mübarizə tədbirləri nəticəsində 55 min vergi ödəyicisi üzrə 180 mindən çox əmək müqaviləsi bağlanılıb. SİA-nın məlumatına görə, bunu vergilər nazirinin birinci müavini Natiq Əmirov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2012-ci ilin sonuna nazirliyə daxil olan bəyannamələrdə 484 min işçi haqqında məlumat olub ki, bu da həmin ilin may ayının göstərcisini 15 faiz üstələyir.

"Pərakəndə ticarət sahəsində işlər daha fəal aparılıb. Bu sahədə ötən il 23 min vergi ödəyicisi üzrə əlavə olaraq, 40 mindən çox müqavilə bağlanılıb" , - Əmirov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə