Nazirdən 3 il sonranın proqnozları...

Nazirdən 3 il sonranın proqnozları...

"Azərbaycanda internetin keyfiyyəti yaxın 3 ildə Avropa səviyyəsinə çatdırılacaq". SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. O deyib ki, bu ildən ölkədə genişzolaqlı internet layihəsinin tətbiqinə başlanacaq: "Layihə 2013-2015-ci illəri əhatə edəcək və ümumilikdə 350 milyon manat məbləğində investisiya tələb olunur. Bunun yarısı reinvestisiya şəklində olacaq. Layihə bu ildən öz rentabelli nəticəsini göstərəcək. Bu layihə üçün Azərbaycan Dövlət Neft Fondundan 140 milyon vəsait ayrılıb. Üç ildən sonra genişzolaqlı internetin vəziyyəti inkişaf etmiş ölkələr səviyyəsinə çatacaq".

Nazir vurğulayıb ki, bu il rəqəmsal televiziyaya tam keçid ili kimi yadda qalacaq. Bu ildən ölkədə analoq yayım dayandırılacaq və tam rəqəmsal TV yayımına keçiriləcək. Reallaşdırılacaq digər proqramlar isə elektron hökumət portalının genişləndirilməsi, ASAN xidməti ilə birlikdə elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması, İKT üzrə Dövlət İnkişaf Fondu və texnoparkların yaradılması ilə bağlı işlərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə