Əli Abbasov: "Azərbaycan 2016-cı ildə orbitə ikinci süni peykini buraxacaq"

Əli Abbasov: "Azərbaycan 2016-cı ildə orbitə ikinci süni peykini buraxacaq"

"Azərbaycanda 2013-cü ildə İKT sahəsində bir sıra iri işlər həyata keçiriləcək". SİA-nın verdiyi xəbərə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycanda İKT-ili elan olunub və cari ildə bu sektorda çox əhəmiyyətli layihələr həyata keçiriləcək: "Bunlar ilk süni peykinin orbitə çıxarılması, 3 ili əhatə edəcək Azərbaycan regionlarında genişzolaqlı internetin inkişafı layihəsi, rəqəmsal TV yayımına tam keçid, elektron hökumət portalının imkanlarının genişləndirilməsi, texnoparkların yaradılması və digər layihələrdir.

Nazir həmçinin qeyd edib ki, bu il kosmik sənayesinin inkişafı üçün əhəmiyyətli olacaq və Azərbaycan 2016-cı ildə orbitə artıq ikinci peykini buraxacaq: "İlk süni peykin fevralın 7-dən 8-nə keçən gecə orbitə buraxılacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə