Bu il fevralın 27-28-də "I Yaponiya - Azərbaycan İKT forumu" keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, bu barədə nazir Əli Abbasov və Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabenun görüşündə bildirilib.
Səfir Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı fonunda Yaponiya tərəfinin çoxdandır ki, belə forumun təşkilinə xüsusi maraq göstərdiyini qeyd edib. O, bu il Azərbaycanın ilk peykinin fəzaya buraxılmasını nəzərə alaraq, forumda da məhz bu prioritet sahə üzrə peyk məsələlərinə daha geniş yer ayrılmasını təklif edib. Onun sözlərinə görə, foruma Yaponiyanın dövlət və qeyri-dövlət sektorunun təmsilçiləri, o cümlədən 40-a yaxın özəl şirkətin qatılacağı gözlənilir.
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinə diqqət çəkən səfir də qərarın sevindirici olmasını vurğulayaraq qeyd edib ki, bu addım Azərbaycan-Yaponiya münasibətlərində İKT sahəsinin daha da inkişaf etdirilməsi, genişləndirilməsi üçün yeni imkanlar açır.
Nazir Əli Abbasov da öz növbəsində, texnologiyalar sahəsində aparıcı ölkələrdən sayılan Yaponiya təcrübəsinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini, bu tipli forumların təşkilinin Yaponiya-Azərbaycan münasibətlərinin daha da yaxınlaşmasında, xüsusən yapon texnologiyalarının Azərbaycanda istehsalı və istehlakında önəm daşıyacağını, gələcəkdə bərabər səylər nəticəsində birgə istehsal və xidmətlərin həyata keçirilə biləcəyinə ümidvar olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB