Azərbaycan Rusiyanın "Qazprom" ASC-yə təbii qaz nəqlini 3 günlük dayandırıb. Buna səbəb qaz kəməri xəttində baş vermiş qəza olub. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, "Qazprom"dan bildirilib ki, ötən gün Mozdok-Qazıməmməd magistral boru kəmərində "Şirvanovka" stansiyasında qaz sızması ilə bağlı aparılan təmir işləri ilə əlaqədar Azərbaycandan Rusiyaya qazın ixracı 3 gün müddətinə dayandırılıb.
Qeyd edək ki, "Qazprom" 2010-cu ildən etibarən Azərbaycandan təbii qaz alır. Ötən il Rusiyanın aldığı qazın həcmi 1,6 mlrd. kubmetr təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB