Bu gecə BOTAŞ-a aid Kərkük – Yumurtalıq neft boru kəmərinin Türkiyə Mardin vilayətindən keçən hissəsində partlayış meydana gəılib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 22.30-da (Bakı vaxtı ilə 00.30) vilayətin Midyat və Nusaybin rayonları arasında baş verib. Hadisə nəticəsində boru kəmərinə çox ziyan dəyməyib.
Məlumata görə, ötən axşam eyni saatlarda Yemişli kəndi jandarm birlikləri ilə PKK terrorçuları arasında meydana gələn atışma səbəbindən BOTAŞ boru kəməri ilə neftin axışını dayandırıb və bu səbəbdən də partlayış nəticəsində təlafat və ziyanlıq baş verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB