2012-ci ilin yekunların nəzər salsaq görərik ki, neft sektorunda üç faiz azalmanın müşahidə olmasına baxmayaraq, qeyri-neft sektorunda 9,7 faiz artım olub. Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramlı Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
V.Bayramlının sözlərinə görə, bu da son nəticədə Ümumi Daxili Məhsuldakı (ÜDM) artım tempinin 2,2 faiz intervalının qorunub saxlanmasına imkan verir: "Bununla belə neft sektorundakı azalma təbii ki, iqtisadiyyat üçün arzuolunan olmasa da ÜDM-ı artım tempinə birbaşa təsir göstərmir və ya təsirləri müəyyən qədər azdır. Amma reallıq ondan ibarətdir ki, neft sektorunda azalma vardır. Azərbaycanın neft hasilatı 2010-cu ildən sonra azalmağa başlayıb. Bildiyiniz kimi ölkəmizdə 2010-cu ildə 51 milyon ton neft hasil edilib. Amma bu rəqəm 2012-ci ildə 46 milyon tona qədər azaldı. 2013-cü ildə isə neft hasilatı 43.8 milyon tona endi. Praktiki olaraq 2012-2010-cu ilin yekunları ilə müqayisədə Azərbaycanın hazırki dövrdə neft hasillatı illik olaraq 7 milyon tondan artıq azalıb".
İqtisadçı-ekspert deyib ki, neft hasilatının azalmasının dövlət büdcəsinə, eləcə də ÜDM-ə təsirlərinin az olması onunla bağlıdır ki, ölkəmizdə qeyri-neft sektoru inkişaf edir və neftin dünya bazarında qiyməti xeyli yüksəkdir: "Bu da nəticədə azalmadan doğan rəqəmləri kompensasiya etməyə imkan verir. Digər bir məsələ qeyri-neft sektorundakı azalma BP şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında hasilatın pay bölgüsü ilə bağlı yaranan anlaşılmazlıq idi. Məhz cənab prezident İlham Əliyev də 2012-ci ilin yekunları ilə bağlı keçirdiyi Nazirlər Kabinetinin iclasında bu məsələni bir daha gündəmə gətirdi və buna sərt şəkildə münasibətini bildirdi. Bundan sonra isə BP neft hasilatının stabilləşməsi ilə bağlı rəsmi olaraq öhdəlik verdi. Bu o deməkdir ki, artıq 2013-cü ildən etibarən neft hasilatının stabilləşməsi müşahidə olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB