Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov dəmiryolu xəttinin Hacıqabul rayonunun Pirsaat qəsəbəsindən keçən hissəsində baş verən qəza ilə bağlı hadisə yerində münasibət bildirib. SİA-nın Aran bürosunun əməkdaşına verdiyi açıqlamasında Q.Nəzirov bildirib ki, Bakı-Batumi marşrutu ilə hərəkət edən və içərisində xam neft olan qatarın aşmasının səbəbləri araşdırılır. Yeni məlumat alınan kimi mətbuata bildiriləcək.
İlkin versiya bundan ibarətdir ki, hadisə qatarların bir xətdən digərinə keçidi zamanı baş verib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB