Paytaxt mərkəzində yeni metrostansiyalar

Paytaxt mərkəzində yeni metrostansiyalar

Bakı Metropoliteni iki yeni stansiyasının inşasının hazırlıq işlərini yekunlaşdırıb. Bakı Metropolitenindən verilən məlumata görə, stansiyalardan biri Heydər Əliyev adına İdman Konsert Kompleksinin, ikincisi isə Xarici İşlər Nazirliyi və Qış bulvarının yaxınlığında yerləşəcək.

Məlumatda bildirilir ki, yeni xəttin yaradılması çərçivəsində başqa stansiyaların da tikintisi aparılır. "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının tikintisi artıq həyata keçirilir. Habelə əvvəllər Papanin adlandırılan Ceyhun Səlimov küçəsində yerləşən hərbi hospitalın qarşısında yerləşəcək stansiyanın da inşasının hazırlıq işləri yekunlaşdırılıb. Xəttin çəkilişi "Herrenknext" və "Robbins" tunelqazma kompleksləri vasitəsilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə